Müsəlmanlar

Qurana əsasən hansı heyvanlar qurban edilir?

Sual: Qurban kəsmənin Quranda dəlili varmı?

Cavab: Həcc surəsinin 34-cü ayəsində bütün ümmətlərə fərz qılınan qurbanlıqların hansı heyvanlar olduğu bildirilməkdədir:

“Biz hər bir ümmət üçün qurban kəsmə vaxtı müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi ənam cinsi/heyvanları[1] (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver.”

Bu ayədə açıq şəkildə “ənam cinsi” (ev cinsi) heyvanlardan bəhs edilir. Ənam cinsi heyvanların hansı heyvanlar olduğu Ənam surəsinin 142-ci ayəsində daha açıq-aydın izah edilməkdədir:

“Yük daşıyan və (yunlarından) döşək düzəldilən ənam cinsi heyvanları da (yaradan Odur). Allahın sizə verdiyi ruzilərdən yeyin və Şeytana uymayın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir. (Allah, o heyvanlardan) səkkiz cift (yaratdı); qoyundan ikisini və keçidən ikisini… Dəvədən də ikisini, inəkdən də ikisini.” (Ənam, 142-143.)

Görüldüyü kimi Allah, qurban ediləcək heyvanların hansı cins heyvanlar olduğunu açıq-aşkar bildirməkdədir.

Təəssüf ki, məzhəblərin hamısı Quranda qurbanla əlaqəli ayə olmadığında ittifaq etmişlər. Bu səbəblə bir qismi qurbanın sünnət olduğunu, digər bir qismi isə vacib olduğunu iddia etmişlər.

Qurban barədə bənzər sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

Qurban kəsmənin Quranda dəlili varmı?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Ənam, ərəb dilində ev heyvanları deməkdir.