Müsəlmanlar

“La havlə vəla qüvvətə illa billah” nə deməkdir.

Sual: İnsanların çoxu hirslənəndə ya da başına bir iş gələndə “la havlə vəla qüvvətə illa billah” deyirlər. Bu sözün mənası nədir? Deyilməsində bir problem varmı?

Cavab: “La havlə vəla qüvvətə illa billah=Güc və qüvvət, təkcə Allahın köməyi ilə əldə edilir”– deməkdir. Bu çox gözəl bir sözdür. Yəni, “ya Rəbb! Sənin köməyin olmazsa, mən heçnə edə bilmərəm”- demiş olursunuz. Ancaq bu kəliməni yerli-yersiz işlətmək də bu kəlimənin dəyərinə xələl gətirə bilər. Xüsusiylə mənasını bilmədən, uydurma rəvayətlərə əsaslanaraq; “filan qədər deyən cənnətə gedər”- kimi ifadələrlə deyil, yeri gələndə və ya Allahın ucalığını idrak etmək üçün dilə gətirməyimiz daha gözəldir. Bu barədə İmam Əlinin gözəl bir müdaxiləsi var: İmam Əli, belə bir təsbih çəkənə; “Sən la havlə vəla qüvvətə ila billah” deyirsən, bəs mənasını bilirsən? Adam: “Xeyr, ey əmirəl möminin! Allahın sənə öyrətdiklərini, sən də mənə öyrət.” deyir. Əli əleyhissəlam, bu kəlimənin mənası “Güc və qüvvət, təkcə Allahın köməyi ilə əldə edilir”– deməkdir. Ey sual sahibi! Allahı düşün! Adam, “düşündüm” deyir. Əli (r.a.), “indi müsəlman oldun və yanındakılara Qalxın! müsəlman qardaşınızın əlini tutun.”– deyir.[1]

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] əl-İsfərəyani, “əl-Təbsiri fid-din”, s. 28.