Sual: Dayı oğlu ilə xala qızının evlənməyində dini cəhətdən bir problem var? Belə bir evlilik dini cəhətdən düzdür?
Cavab: Əgər sizin sualınızda haqlarında danışdığınız dayı oğlu ilə xala qızı bir-birlərilə süd bacı-qardaşı deyillərsə, onların evlənməyi caizdir. Yaxın qohumlardan evlənmək qadağan olanlar isə bunlardır:
Atalarınızın evləndiyi qadınlarla evlənməyin, keçmişdə olanlar artıq keçib. Çünki bu, çox iyrənc və çirkin bir şeydir, nə pis yoldur!
Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın yanınızda qalan ögey qızları (onlarla yaxınlıq etməmişsinizsə, sizə bir maneə yoxdur) ilə evlənmək haram edildi. Öz oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Keçmişdə olanlar artıq keçib. Həqiqətən, Allah bağışlayan və mərhəmət edəndir (Nisa, 4/22-23).
Ayədə sadalananların xaricindəki qohumlarla evlənmək halaldır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.