Müsəlmanlar

Haramların dövrlərə və ya dinlərə görə dəyişməsinin səbəbi nədir?

Sual: Haramların dövrlərə ya da dinlərə görə dəyişməsinin səbəbi nədir?

Cavab: Haramlar dövrə görə dəyişməz. Allah, haram olmayan bəzi qidaları yəhudilərə işlədikləri günahdan və dində həddi aşmaqlarından ötrü haram qılmışdır. Hər hansı bir dövrlə əlaqəsi yoxdur. Onlara əsli etibarilə halal olan şeylər, işlədikləri əməllərinə görə haram edilmişdir. Quranda bu: “Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır.”- deyə, ifadə edilir. Məsələn, Ənam surəsi 146-cı ayədə belə buyurulur:

“Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq.”

Bu haramlar İsa əleyhissəlam dövründə qaldırılır. Məsələn, donuz əti, şərab hamısında həm yəhudilikdə, həm xristianlıqda həm də bunlardan əvvəlki dinlərdə də haram idi.

Haram və halallar barədə məlumat üçün bu linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6615.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.