Sual: Axirətdə sorğu-sualsız Cənnətə girənlər olacaqmı? Buna dair ayələrdə hər hansı bir məlumat varmı?
Cavab: Qiyamət günü Allah Təalanın hüzurunda Onun elçiləri daxil, hesab verməyəcək və sorğu-suala çəkilməyən heç kim olmayacaqdır. Bu həqiqətləri bildirən bəzi ayələr belədir:
“Özlərinə elçi göndərilənlərə əlbəttə soruşacayıq. Əlbəttə elçilərə də soruşacayıq!” (Əraf, 7/6.)
“Quran, həm sənin üçün həm də xalqın üçün bir zikr/doğru məlumatdır. Yaxında bu haqda sorğu-suala çkiləcəksiniz.” (Zuxruf, 43/44.)
“Seçimi Allah etsəydi sizi tək bir cəmiyyət (ümmət) edərdi. Amma O, sapıqlığı/yoldan çıxmağı seçəni sapıq sayar, hidayəti seçəni də yoluna qəbul edər. Elədiklərinizdən əlbəttə hesaba çəkiləcəksiniz.” (Nəhl, 16/93.)
“Sizə verilən nemətlərdən o gün hesaba çəkiləcəksiniz.” (Təkasur, 102/8.)
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.