Müsəlmanlar
Çətin vəziyyətə düşməmək üçün əqidəmizi gizlədə bilərik?

Çətin vəziyyətə düşməmək üçün əqidəmizi gizlədə bilərik?

Sual: Təqiyyənin heç bir şəkli caiz deyilmi? Biz küfr diyarında yaşayırıq və bəzi hallarda öz görüşlərimizi gizlətmək məcburiyyətində qalırıq. Çətin vəziyyətə düşməmək üçün əqidəmizi gizlədə bilərik?

Cavab: Ən doğru olan hər zaman haqdan yana olmaq və doğrunu çəkinmədən dilə gətirməkdir. Biz müsəlman olaraq qarşımızdakıların bizə nə dəyər verəcəyinə necə davranacağına deyil, Allahın verdiyi dəyər və qarşılığa görə hərəkət edəcəyik. Bu səbəblə harda olursanız olun həqiqətləri yəni, Allahın dinini getdiyiniz hər yerə götürməlisiniz. Əlbəttə ki, çətin vəziyyətə düşəcəyik. İnsan, elə əsl imtahanı belə hallarda ya qazanır ya da itirir.

Təqiyyəyə ancaq ölüm təhlükəsi olduğu təqdirdə icazə verilir.

Bu barədə ətraflı məlumatı aşağıdakı linkdə görə bilərsiniz:

http://www.muselmanlar.com/tedqiqatlar/6844.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.