Sual: İslam hüququnda kamera və səs qeydləri dəlil sayıla bilərmi?
Cavab: Belə suallar bu sahədəki mütəxəsislərə verilməlidir. Hansı görüntü və səslərin həqiqi olub-olmadığını onlar bilirlər. Əgər saxta deyilsə, belə bir vasitə dəlil olaraq qəbul edilir. Məsələn, Yusif əleyhissəlamla Züleyxa arasındakı münaqişəylə əlaqədar gətirilən mütəxəsis: “Əgər onun köynəyi öndən cırılıbsa, (qadın) doğru deyir, o isə yalançılardandır. Yox əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o isə doğru danışanlardandır.”[1]– deyir.
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Yusif, 27.