Sual: Kafir və Müşrik kəlimələri arasındakı fərq nədir?
Cavab: Kafir kəlməsi, “örtmək” mənasına gəldiyi üçün bir şeyin həqiqətini örtənə də bu mənada kafir deyilir. Ənənədə başa düşüldüyü kimi kafir, Allahı inkar edən deyil, Allahın təqdim etdiyi həqiqətlərə göz yuman, üzərini örtən şəxsdir.
Müşrik isə, şərik, ortaq qoşan mənasında Allahla özü arasına başqa şəxsləri, vasitələri qoyana deyilir. Yəni bu ortaya qoyduğu şəxsi həm özünə həm də Allaha yaxın bilən şəxsə müşrik deyilir. Belə bir halda Allah (ortaya qoyduğu şəxsə nəzərən) uzaqda və ikinci sırada yer almış olur. Müşrik də məhz Allahı ikinci sıraya qoyan şəxsə deyilir.
Qısacası, Allahı haqqı ilə tanımayan bir müşrik eyni zamanda kafir olmuş olur.[1]
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Bax: Zümər, 39/2-3, 11.