Sual: Məsciddə də hər gecə namazından sonra oxunan Bəqərə surəsi 286-cı ayəsində belə buyurulur: “Ya Rəbb! Bizdən əvvəlkilərə yüklədiyin ISRı bizə yükləmə.” İndi bu duadakı müraciət biz müsəlmanlardır, yoxsa başqalarına? Çünkü bizim Peyğəmbərimizdən sonra bir peyğəmbər gəlməyəcəyinə görə hansı “ISR” yükündən xilas olmaq üçün dua edilir?
Cavab: “ISR (الاصر)” bir şeyi bağlama ve zorla əngəlləmə deməkdir. Quranda əvvəlki ümmətlərin özlərinə göndərilən nəbiyə inanmaq məsuliyyəti vardır. Son nəbiyə inananların üstündən bu yük qalxacaqdır. Əlaqədar ayə belədir:
“Onlar, yanlarındakı Tövratda ve İncildə haqqında yazıldığını gördükləri elçinin, ümmi nəbinin ardınca gedərlər. O, onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ISRlarını qaldırır və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”. (Araf 7/157)
Artıq nəbi gəlməyəcəyinə görə Muhəmməd ümmətinə “ısr” yükü yüklənməmişdir. Bunu unutmamaq üçün: “Rabbimiz, önceki ümmetlere yüklediğin ısr yükünü bize yükleme”-deyirik. (Bəqərə 2/ 286).
Muhəmməd əleyhissəlamdan sonra Allah hər hansı bir peyğəmbəri göndərməyəcəyinə görə bu dua, qəbul edilmiş duadır və bizim: “Ya Rəbb! Bizdən əvvəlkilərə yüklədiyin ISRı bizə yükləmə.”- deməyimiz əslində “Allah sizə ISRı yükləmədi” – deməkdir.
Allah bizə bu duanı yükləyərək, bu cür sınaqlardan (ISR-dan) qurtardığını xatırlatmaqda və bu məsələdə zehnimizi ayıq tutmağı istəməkdədir. Yəni, əvvəlki ümmətlər kimi özlərinə göndərilən yeni kitaba və peyğəmbərə inanma şərtinin olmadığı lütfünü xatırlatmaqdadır. Çünkü əhl-i Kitab bu ağır sınaqdan çıxa bilmədi və beləliklə yəhudilər özlərinə göndəriləcəyini bildikləri İsa və Muhəmməd əleyhissəlamı, Xristianlar isə Muhəmməd əleyhissəlamı qəbul etmədilər. Bunlara inanmaq yerinə özləri üçün qiyamətə yaxın yeni qurtarıcı xəyalına qapıldılar. O cümlədən müsəlmanlar da hər nə qədər Allah bu ISRı özlərinə yükləmədiyini bildirsə də hər gecə namazından sonra bu duanı oxusalar da ISR sözünün mənasını bilmədikləri üçün və İsrailiyyat uydurmalarını qəbul etdikləri üçün, yeni gələcək qurtarıcı peyğəmbər (İsa) və bir də əlavə olaraq Mehdi xəyalına düşmüşlər. Üstəlik əqaid=əqidələr kitabına din xadimləri belə bir inanc qaydası əlavə etmişər: “Nüzulu İsa Haqqun=İsanın enməsi haqdır!” və hər kim ki, İsa gəlməyəcək deyərsə; “Kafir olur və öldürülməsi vacib olur.”
Təəssüf ki, dinimiz əsrlərdir Allaha və kitabına əlavə qaydalar qoyan, Quranı Quranla izah etməyən bu cür din xadimləri tərəfindən təmsil edilməkdədir.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Buna bənzər video dərs üçün aşağıdakı linki tuşlayın:
https://www.youtube.com/watch?v=wjl0BHlbMDM&feature=youtu.be
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.