Müsəlmanlar

Qəlbi möhrlənmiş insanların iman etməkləri mümkündür?

Sual: Bəzi ayələrdə “qəlblərin möhrlənməsindən” bəhsedilir. Bunu necə başa başa düşəcəyik?

Cavab: Bu ifadələrin hamısı mecazdır. “Allah onların qəlbini (sanki) möhrləmişdir.”- deyə başa düşməliyik. Yəni, “sanki” kəliməsini əlavə etməliyik. Necə ki, ərəb dilində olduğu kimi, bizim dildə də; “daş qəlbli” deməklə, o insanın qəlbi daşdan olmadığı, “kor” deməklə gözlərinin olmadığı, “lal” deməklə lal olmadığı bilinir, fəqət onlara oxşadığını bildirmək üçün bu cür ifadələr işlədilir.

Bir şeyin üstünü örtdükləri üçün onlara “kafir” deyildiyi kimi, həqiqətin nə olduğunu gördükləri və bildikləri halda ondan üz döndərdiklərindən ötrü bu cür tənqidedici bir üslubla tanıtdırılır.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.