Müsəlmanlar

Quranda “Əhbar” kəlməsiylə qəsd edilənlər kimlərdir?

Sual: Quranda “Əhbar” kəliməsiylə qəsd edilənlər kimlərdir?

Cavab: Əhbar (احبار) kəlməsi, “Hibr”in cəmidir. Hibr (حبر) isə lüğətdə “alim”, “bilikli” və “mürəkkəb” kimi mənalara gəlir.[1] Təfsirlərdə Əhbar kəlməsinə “yəhudi din xadimləri”, “alimlər”, “fəqihlər”, “zahidlər” kimi fərqli mənalar verilmişdir.

Əhbar kəlməsi, hər hansı bir mövzuda və ya təkcə dini məsələlərdə kitablar, yazı yazan adamlar üçün işlədilir. Ümumilikdə müsəlman və qeyri-müsəlman bütün alim/biliklilər üçün, xüsusi olaraq isə təkcə yəhudi din xadimləri istifadə edilir.[2]

Bu kəlimə Quranda 4 ayədə və hamısı da cəm olaraq keçməkdədir.[3] Bunlardan birinin məalı belədir: “Ey inanıb güvənənlər! Alimlərin və din xadimlərinin bir çoxu insanların mallarını haqsız yolla yeyər və onları Allahın yolundan uzaqlaşdırırlar…” (Tövbə, 9/34.)

Mənbə: Aydın Mülayim, “Quranda Din Adamları”, Süleymaniyə Vəqfi Nəşri, İstanbul, 2016, s. 58.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] İbn Mənzur, Lisanu’l-Ərəb, c. IV, s. 157; əl-İsfəhani, Müfrədat, s. 215.

[2] İbn Mənzur, Lisanu’l-Ərəb, c. IV, s. 157; əl-İsfəhani, Müfrədat, s. 215. Maidə, 5/44.

[3] Maide, 5/44, 63; Tövbə, 9/31, 34.