Sual: Qızıl hesabı açdırmaq caizdirmi, dini cəhətdən bunun bir problemi yoxdurmu?
Cavab: Əgər həqiqətən öz qızılınızı banka gətirib yatdırsanız və o qızıl ayarı-qramı üzərindən bir müqavilə bağlasanız, bunda bir problem yoxdur. Yeri gələndə bankdan istəsəniz verdiyiniz qızılı, istəsəniz də onun dəyəri üzərindən pulunu ala bilərsiniz. Belə bir müqavilənin faizə də dəxli yoxdur. Yox əgər heç bir qızılınız olmadan, xəyali olaraq özünüzlə bank arasında qızıl üzərindən müqavilə bağlasanız, bu faizdir və heçbir surətdə caiz deyildir. Çünki, ortada nə sizin nə də bankın bir qızılı yoxdur.
Suala cavab verdi: Professor Sərvət Bayındır.[1]
Yeni suallarınızı: muselmanlar.com elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] İstanbul İlahiyat fakültəsi müəllimi.