Müsəlmanlar

Kişi öldü. Anası, arvadı, bir oğlu və bir qızı qaldı. Miras necə bölüşdürülməlidir?

Sual: Kişi öldü. Anası, arvadı, bir oğlu və bir qızı qaldı. Miras necə bölüşdürülməlidir?

Əvvəlcə ölən kişinin arvadı mirasın səkkizdə birini almalıdır. Bundan sonra yerdə qalan mal-mülkü ayrılıqda hesablanmalıdır. Anası mirasın altıda birini almalıdır. Qalan hissə də qardaş və bacı arasında bölüşdürülür. Bu bölüşdürmə aşağıdakı kimi olmalıdır:

Mirası 144 hissəyə bölmək lazımdır. Bunun səkkizdə birini yəni, 18 payı ölən kişinin arvadı özünə götürür. Qalan 126 hissənin altıda biri olan 21 pay anaya verilməlidir. Yerdə qalan 105 hissənin isə 70 payı oğluna, 35 payı da qızına verilməlidir. Beləliklə, 18+21+70+35=144.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.