Sual: Namazda neçənci rükətdə olduğum yaddan çıxarsa, ne etməliyəm?
Cavab: Əgər namazda neçənci rükətdə olduğunuzu bilmirsinizsə, qənaət gətirdiyiniz yöndə hərəkət edərsiniz. Yox əgər heç bir qənaətə gələ bilmirsinizsə, onda aza qənaət gətirərək; məsələn, 3 ya da 4-cü rükətdə olduğunuzu bilmirsinizsə, onda 4-cü rükətə qalxıb namazı tamamlayırsınız. Bunun dəlili, Əbu Səid əl-Xudridən rəvayət edilən aşağıdakı hədisdir: Nəbi əleyhissəlam belə buyurdu:
“Sizdən biri namazında şüphələnir; 3 yoxsa 4-mü qıldığını bilməzsə, şüphəni tərk etsin və ən az olana qənaət gətirib, namazına devam etsin.”[1]
Salamdan sonra isə iki rükət səhv səcdəsi etməniz məsləhətdir.
Yeni suallarınızı: muselmanlar.com elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Zeylai, “Nasbur-Rayə”, c. II, s. 174.