Sual: “Vitr namazı son namazdır, ondan sonra namaz qılınmaz”- deyilir. Bu doğrudur? Vitr namazını qıldıqdan sonra nafilə namaz qıla bilərik?
Cavab: Bu barədə Nəbimizin tətbiqatı belədir: İşa namazından sonra yatar və gecə qalxıb 2+2+2+3= 9 rükət namaz qılardı. Sonuncunu üçlə yəni təklə bitirdiyi üçün bu nafilə namazına vitr deyilmişdir. Bu vitrlə gecə namazını bitirirdi. Bu tətbiqata əsasən gecənin son namazı vitr namazıdır, deyilir. Ancaq bu vitrdən sonra nafilə namaz qılınmaz deyə bir hökm də yoxdur.
Buna bənzər məlumat üçün aşağıdakı linkə baxa bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/3882.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.