Sual: Faizli kreditin halal versiyonları varmı? Murabaha və mudarəbə faizin halal versiyonlarıdırmı? Bu qavramları izah edə bilərsiz?
Cavab: Faizli kreditin halal qismi yoxdur. Faizli kredit, adı üstündə haramdır.
Murabaha kəliməsi, alış və satış qiymətləri bilinən, yəni, alıcının sizdən neçə manat qazandığını bildiyi alverdir.[1] Bunun faizlə bir əlaqəsi yoxdur. Biz, ümumiyyətlə aldığımız malın əsl qiymətini bilmirik və buna hüquqda müsavəmə deyilir.
Mudarəbə də, birinin pul verib, digərinin isə o pulla iş görməsidir ki, bunun da faizə dəxli yoxdur. Pulunu işi bilən birinə verib, “al bu pulu qazancın -ana sərmayəni çıxdıqdan sonra- bu qədəri mənim bu qədəri də sənin”– deyərək, birlikdə razılığa gəldikləri işlərdir. Əgər ana paranı aşan bir zərər olarsa, sərmayəsi olmayandan bir zərərin qarşılığı alınmaz.
Suala cavab verdi: Professor Abdüləziz Bayındır.[2]
Faiz və kredit haqda bütün məlumatları aşağıdakı linkdən əldə edə bilərsiniz:
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Misal üçün; alverçinin topdancıdan aldığı malı satmaq.
[2] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]