Müsəlmanlar
İbadətlərinə çox diqqət edən, amma rabitə quran bir adamın halı nədir?

İbadətlərinə çox diqqət edən, amma rabitə quran bir adamın halı nədir?

Sual: Ətrafımda bəzi təriqət mənsubları var. Ümumiyyətlə çox dindar insanlardır. Daim ibadətlə və təsbihlə məşğuldurlar. Lakin rabitə qururlar. Bunun şirk olduğunu dediyimiz zaman isə əsla qəbul etmirlər. Belələrinin axirətdəki halı necə olacaq?

Cavab: Axirətdə kimin necə olacağını biz bilmərik. Biz ancaq Quranda bildirilən əqidədə və xasiyyətdəki insanlardan danışa bilərik. Yer üzündə özünü Allah adamı, dindar saymayan heç kim yoxdur. Şirk, Allahı olmayan deyil, Allahla özləri arasına qoyduqları varlıqların, özlərinə Allahdan daha yaxın olduğuna inanmaq və onların dediklərinə qulaq asmaqdır. Məhz rabitə quranlar da belədir. Onlar, kiminlə rabitə qururlar? Allahla yoxsa, Allahla özləri arasına qoyduqları varlıqlarla? Belə insanlar, əqidələrində Allaha şərik qoşurlarsa; Quran oxusa, təsbih çəksə, namaz qılsa nə dəyişər ki? Əslində bunlar Allahın kitabını oxumaqla, təsbih çəkməklə özlərini doğru yolda görür və belə görsənirlər. Ancaq nə Quranda deyilənlərə nə çəkdikləri təsbehlərin sahibinə nə də ibadət etdikləri Rəbbinin sözünə qulaq asmamaqdadırlar. Bir növ Quranda ifadə edildiyi üzərə, Allahla aldanırlar.

“Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər.” (Zuhruf, 43/37.)

Rabitə və şirk barədə bu video dərsimizi izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=jZbLAReLlpk

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.