Müsəlmanlar

İbrahim əleyhissəlam yoldaşı Həcərlə oğlu İsmayılı niyə Məkkəyə gətirmişdir?

Sual: İbrahim əleyhissəlam yoldaşı Həcərlə oğlu İsmayılı niyə uzaq və heç kimin olmadığı Məkkəyə gətirmiş və sonra da onları tərk etmişdir?

Cavab: Kəbənin yer üzündə qurulan ilk ev olduğunu Quran bizə bildirməkdədir:

“Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir[1].”

Nuh tufanından sonra bu bina yox olur. İbrahim əleyhissəlam, Allahın əmri ilə Kəbəni yenidən tikmək üçün ailəsi ilə oraya gedir. Orada heç kim olmadığı üçün və insanların yenidən oraya axışması, Allaha ibadət etməkləri üçün özünə və ailəsinə dua edir: “Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!” (İbrahim 14/ 40)

Peyğəmbərlər ən ağır imtahanlarla sınanan insanlardır. Bu səbəblə ən çox sevdiklərini Allah rizası üçün fəda edərək; dinin, haqqın insanlar arasında yayılması üçün ailəsini orada buraxıb geri dönür.

Suala cavab verdi: Professor Abdüləziz Bayındır.[2]

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] İndiki Məkkə.

[2]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []