Müsəlmanlar
Yunus əleyhissəlam Allahın elçisi olduğu halda vəzifələnən yerdən qaçdı?

Yunus əleyhissəlam Allahın elçisi olduğu halda vəzifələnən yerdən qaçdı?

Sual: Yunus əleyhissəlamın gəmiyə minib daha sonra dənizə atılması hadisəsi peyğəmbərliyindən əvvəlmi, yoxsa sonra olmuşdur?

Cavab: Yunus əleyhissəlam, Allahın təbliğlə vəzifələndirdiyi yeri tərk etmişdir. Allah təalanın tənqid etməsi də elə bu elçilik vəzifəsindən qaçması səbəbiylədir. Ayədə belə ifadə edilir:

“Yunus da, həqiqətən, elçilərdəndir. Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı. Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu. O, qınanmağa layiq olduqda balıq onu uddu.” (Səffat 37/139-143).

Gəmiyə minib qaçdığı vaxt isə bir püşk atma nəticəsində dənizə atılmış və bir kisəli balina tərəfindən udulmuşdur. Etdiyi tövbə nəticəsində oradan xilas olmuş və yenidən vəzifəsinə dönmüşdür. Bu təbliğatı nəticəsində Ninova (indiki Mosul) xalqından 100 nəfərin müsəlman olduğu rəvayət edilir.

Suala cavab verdi: Professor Abdüləziz Bayındır.[1]

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []