Müsəlmanlar
Musa və İsa əleyhissəlam Məkkəyə gedib Həcc ediblərmi?

Musa və İsa əleyhissəlam Məkkəyə gedib Həcc ediblərmi?

Sual: Həcc ibadəti Adəm əleyhissəlamdan bu yana bütün nəbilərə fərz isə Musa və İsa əleyhissəlamın gəlib Həcc etməməsini necə başa düşməliyik? Onların zamanında Məkkə “şəhərlərin anası” deyildimi?

Cavab: Adəm əleyhissəlamdan bu yana Həccin mərkəzi Kəbə və çevrəsidir. İbrahim əleyhissəlamın Kəbəni təmir etdiyi, Həccdə olduğu və nəslindən bəzilərini orada yerləşdirdiyi məlumdur. Musa və İsa əleyhissəlam da onun nəslindən gəlir və Allahdan eyni əmrləri alıblar. Quran, hər peyğəmbərin Həcc etdiyi barədə məlumat vermədiyi kimi, Musa və İsanın Həcc etməkləri barədə də dəqiq rəvayətlər bizə gəlib çatmamışdır.

Şura surəsi 13-cü ayədə Allah Təala belə buyurmaqdadır:

“(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!..”

Bilavasitə, bizdə olan əmrlərin eynisi onlarda da var idi.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.