Müsəlmanlar
Qadınlar ehramdan çıxanda saçlarını dibdən kəsməlidir?

Qadınlar ehramdan çıxanda saçlarını dibdən kəsməlidir?

Sual: Bəqərə 196-cı ayədə “Qurbanlıq yerinə çatana qədər başınızı qırxmayın.”- buyurulmaqdadır. Bu ayəyə əsasən həccə gedən qadınlar da başlarını qırxmalıdırlar?

Cavab: Təkcə bu ayəyə baxdığınız zaman saçların təkcə dibdən qırxılması lazım olduğunu başa düşə bilərsiniz. Ancaq Qurandakı metoda rəayət edərək, bir məsələdə digər ayələri də gözdən keçirdiyiniz zaman hal belə olmadığını görərsiz. Məsələn, Fəth surəsinə baxdığımız zaman Allah saçları qısaltmağı da tövsiyə etməkdədir: “Allah qoysa, siz əmin-amanlıqla, başlarınızı qırxdırmış ya da qısaltmış halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız…” (Fəth, 48/27.)

Rəsulullah əleyhissəlam da bu barədə, “Bir barmaq buğumu qədər olsa kifayətdir”- deyə tövsiyə etmişdir.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Həccdə saçların kəsilməsi ilə əlaqədar hökmü aşağıdakı linkdə görə bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1801.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []