Müsəlmanlar
Müasir dövrümüzdə Nizamiyyə mədrəsəsinə bənzər bir müəssisə qurulmalıdırmı?

Müasir dövrümüzdə Nizamiyyə mədrəsəsinə bənzər bir müəssisə qurulmalıdırmı?

Sual: Nizamiyyə mədrəsələri haqqındakı görüşünüz nədir? Müasir dövrümüzdə belə bir müəssisəyə ehtiyac varmı?

Cavab: Nizamiyyə mədrəsələri elmin inkişafına deyil, yox olmasına zəmin hazırlamışdır. Dövlətin səlahiyyəti altında olan bu mədrəsələr, qurulduğu zaman o dövrün alimləri elmin cənazə namazını qılmış və “dövlət elmə burnunu soxdu, artıq bundan sonra elm olmaz.”– demişlər. Dövlətin elmə, əqidəyə qarşı “bunu öyrən bunu öyrənmə”- deyə müdaxilə etməsi qəbuledilməzdir.

Təsəvvufun hakim olduğu və İmam Qəzalinin də təsəvvufun təsirinə düşərək fəaliyyətini sürdürdüyü bu mədrəsələr; elm naminə batiniliyi, vəhdətül-vücud və küfrün bir çox əsassız nəzəriyyələri, fəlsəfələri dinə yeritmişlər. Bu mədrəsələrin və onun davamçılarının İslam aləminə ən böyük zərbəsi isə, “dini dünyadan ayırma” düşüncələrinə sahib olmaqları olmuşdur.

Elm və Din haqqında məlumat üçün aşağıdakı video dərsimizə baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=9hWWdARtllk

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.