Sual: Düşmən təhlükəsi altında axşam namazını qılmaq məcburiyyətində qalarsaq necə və neçə rükət qılacayıq? İmam üç, əskərlər bir rükət yarım qılacaqlarmı?
Cavab: Allah Təala Nisə surəsinin 103-cü ayəsində buyurduğu kimi; İmama uyan ilk qrup gəlib bir rükət qılarlar. Onlar arxaya çəkildikdən sonra ikinci qrup gəlib qalanını davam etdirirlər. Yəni, iki rükət qılmış olurlar. Bunun səbəbi, Allah kitabında belə buyurduğu üçündür. Ayə belədir:
“Sən (səhabənin) arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Bunlar səcdə etdikləri zaman (birinci rükəti tamamlayanadək o biri dəstə) arxanızda olsun. (Sonra) namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyatlarını (tutsunlar) və silahlarını da (özləri ilə) götürsünlər.”
Ayədə buyurulduğu üzərə; “Namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın…” buyurulmaqdadır. “Bir rükət də onlar gəlib qılsınlar”- demir. O halda ikinci qrup axşam namazının qalan iki rükətini qılmalıdır.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Quranda namaz barədə məlumat üçün aşağıdakı keçidə yönəlin:
http://www.muselmanlar.com/fitvalar/5927.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]