Sual: Hər məzhəb müxtəlif şərtlər irəli sürərək başımı qarışdırıb. Bilmək istəyirdim ki, Quranda və sünnədə dəstəmaz və namazın şərtləri nə cürdür?
Cavab: Qurani-Kərim, dəstəmaz almanın şərtlərini və pozulma səbəblərini belə bildirməkdədir:
“Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınıza da həmçinin. (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.”
Bu ayəyə əsasən, dəstəmazın şərtləri bunlardır: “Üzu yumaq”, “əlləri dirsəklərə qədər yumaq”, “başa məsh etmək” və “ayaqları topuqlara qədər məsh etmək”.
Ayaqları topuqlara qədər məsh etmək kəliməsinə əhli-sünnə din xadimləri yumaq deyə məna vermişlər ki, belə bir məna vermək ərəb dil qaydalarına tərsdir.
Qısacası, ən az bir dəfə olmaq üzərə bu üzvləri yumaqla dəstəmazı almış və əsas şərtlərini yerinə yetirmiş olursunuz. Bunun xaricində etdiyiniz işlər, dəstəmazın ya sünnəsi ya da əlavəsi sayılır.
Dəstəmazın alınması və pozulması halları barədə daha ətraflı məlumat əldə etmək istəyənlər isə, saytımızın bu linkindəki yazılara müraciət etsinlər: http://www.muselmanlar.com/?s=d%C9%99st%C9%99maz
Namaz qılmağa gəlincə; bunun da şərtləri Quranda bildirilməkdədir. Quranda ərəbcə ifadə edilən şərtlər bunlardır: “Qiyam (ayaqüstə durmaq)”, “qiraət (oxumaq)”, “ruku (əyilmək)”, “quud (oturmaq)” və “səcdə”dən ibarətdir ki, səcdədən də bizim dildə nə demək istənildiyi başa düşülür. “Quranda namazın necə qılınmalı olduğu bildirilmir”- deyənlər, özlərinin Qurandan xəbərsiz oluqlarını ifşa etdiklərini də bildirmək istəyirik.
Sünnilərdə də şiələrdə də namazın əsas şərtləri bunlardır. Lakin şiə din xadimləri, namazın şərtlərinə öz yorumlarıyla iki əlavə daha qatırlar -möhür və əlin açıq tutulması- ki, bu şərtlər Quranda yoxdur və müsəlmanlar arasında təfriqədən başqa heç bir şey qazandırmır. Namazın necə qılınması barədə sizi maraqlandıran məsələləri görmək üçün bu video dərsimizi də izləməniz tövsiyə edilir:
Suala cavab verdi: Aydın Mülayim[1]
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] http://www.muselmanlar.com/ saytının redaktoru və tədqiqatçı.