Müsəlmanlar
Müsəlmanlar tərəfindən irəli sürülən bir tətil forması var?

Müsəlmanlar tərəfindən irəli sürülən bir tətil forması var?

Sual: Müsəlmanlar tərəfindən irəli sürülən alternativ bir tətil forması varmı?

Cavab: İslami həyat təbii həyatdır. Günəş, ay və ulduzlar, yaxud bizim öz ürək, beyin və mədəmiz tətilə çıxmır. Buna görə də tətil həyatın bir hissəsi deyil. Amma dincəlmək insanın təbii ehtiyacıdır. Müxtəlif yerlərdə olmaq da bir ehtiyacdır və bu, İslama müvafiq həyat tərzində öz-özünə yaranır. Belə ki, 5 vaxt namaz və bu namazların məsciddə qılınması, dost-tanış və qohum-əqrəbaya baş çəkməyin din tərəfindən əmr edilməsi, insana maddədən çox qiymət verilməsi, eləcə də Cümə və bayram günləri elə işləyə-işləyə dincəlməyə bir növ şərait yaradır.

Bununla yanaşı, cəmiyyətdə qarşılıqlı yardımlaşma və həmrəyliyin təmin edilməsi, insanların bir-birinə kömək etməkdə məsuliyyət daşıması onları ictimai həyatdan təcrid etmədiyinə görə islami həyatda qərbdəki yaşayış tərzində olduğu kimi stres və yorğunluq olmur. Qurani-Kərimdə dərs almaq, elm öyrənmək və təcrübə qazanmaq üçün gəzib-dolaşmaq barədə əmr olduğuna görə bu məqsədlə edilən səyahətlər də öz növbəsində faydalı işlərdən hesab edilir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.