Müsəlmanlar
Hansı peyğəmbərlərə səhifə göndərilib?

Hansı peyğəmbərlərə səhifə göndərilib?

Sual: Səhifə; Adəm, Şit, İdris və İbrahim peyğəmbərlərə nazil olmuşdur? Quranda bunlarla əlaqədar nə cür məlumat vardır?

Cavab: Əla surəsində belə buyurulmuşdur:

إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ

“Həqiqətən də bu, əvvəlki səhifələrdə; İbrahimin və Musanın səhifələrində bildirilmişdir .” (Əla, 87/18-19.)

“İbrahimin və Musanın səhifələri”, onlara verilən kitablar mənasınadır. Ayədə keçən “صُحُف” kəliməsi səhifə (صحيفة) kəliməsinin cəmidir. Səhifə, “üzərində yazı yazılan şey” mənasına gəlir. Kitab, səhifələrin cəmindən meydana gəldiyi üçün bəzi halda kitab anlamında suhuf deyilir. Nəcm surəsində də:

أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِي صُحُفِ مُوسَى  وَإِبْرَاهِيمَ الَّذِي وَفَّى

“Yoxsa Musanın səhifələrində və vəfalı olan İbrahimin (səhifələrində) olanlar barədə ona xəbər verilmədi?” (Nəcm, 53/36-37.)

O cümlədən Ta-ha surəsində:

وَقَالُوا لَوْلَا يَأْتِينَا بِآيَةٍ مِنْ رَبِّهِ ۚ أَوَلَمْ تَأْتِهِمْ بَيِّنَةُ مَا فِي الصُّحُفِ الْأُولَىٰ

“(Kafirlər): “Nə üçün o, Rəbbindən bizə bir dəlil gətirmir?”– dedilər. Məgər onlara əvvəlki səhifələrdə olanların açıq-aydın dəlili çatmadımı?” (Taha, 20/133.)

Burada əvvəlki səhifələrdən qəsd edilənin  əhli-Kitaba nazil olan “Tövrat”“İncil” olduğu açıqdır.

Nəticə olaraq, Quranda keçən və “səhifələr” mənasına gələn “suhuf” kəliməsi, bütün nəbilərə verilən vəhiylərə şamil edilməkdə olub, bu kəlimənin təkcə bir neçə vərəqdən ibarət olduğunu iddia etmək doğru deyildir.

Mənbə: Dr. Fatih Orum, “Təsdiq, Təbyin və Nəsx”, Süleymaniyə Vəqfi Yayınları, İstanbul, 2016, s. 112-113.