Sual: Dinimizdə bəzi şeylər tədrici metodlamı haram edilmişdir? Məsələn, içki İslamın ilk illərində halal, sonra yavaş-yavaş haramı edildi?
Cavab: Bu məsələ barədə ən məşhur nümunə, sərxoş edən maddələrin istifadəsinin yəni, içki içmənin haram edilməsinin bir neçə mərhələdə baş verdiyi iddiasıdır. Bu iddiaya görə, içki içməyin haram edilməsi müddəti belə sıralanır: Əvvəlcə Məkkədə nazil olan Nəhl surəsi 67-ci ayəsi ilə içkinin gözəl bir ruzi olmadığına nəzər salınmaqda, sonra Bəqərə surəsinin 219-cu ayəsi ilə zərərin faydasından çox olduğuna diqqət çəkilməkdə, Nisə surəsinin 43-cü ayəsi ilə nisbətən qadağa gətirilməkdə və ən sonunda Maidə 90-cı ayə ilə haram edilmə müddəti tamamlanmaqdadır. Buna bənzər mərhələlərin varlığı, faizin haram edilmə müddətində də iddia edilməkdədir. Peyğəmbərlərə nazil olan vəhyin tədriciliyi həqiqətindən hərəkətlə, bəzi hökmlərdə cəmiyyətin vəziyyəti və arzuları diqqətə alınaraq hərhansı bir məsələnin həllinin müəyyən vaxta tabe tutulması qulağa xoş gəlsə də şəriətdəki ardıcıllıq və davamlılıq qaydası ilə uyğun gəlməməkdədir. Belə bir şeyə inanmaq, dinimizi keçmişi olmayan bir əsilsizə ya da köksüz bir ağaca oxşatmağa bənzəyir. Ənənənin təqdim etdiyi belə bir anlayış; Quranda dəfələrlə ifadə edilən peyğəmbərlərin özlərindən əvvəlki şəriətləri “təsdiq” qaydasını da ortadan qaldırmış olur. Halbuki, bizdən əvvəl nazil olan bütün kitablarda içkinin, zinanın, faizin haram olduğu bildirilmiş və insanlar hər dövrdə bu pisliklərdən uzaqlaşdırılmışdır.
Şəriətdə ardıcıllıq qaydasına dair izahata aşağıdakı ünvandan baxa bilərsiniz:
Mənbə: Dr. Fatih Orum, Təsdiq, Təbyin və Nəsx, Süleymaniyə Vəqfi Yayınları, İstanbul, 2016, s.20-22.