Müsəlmanlar

Peyğəmbərlər həmişə eyni şeyi təbliğ ediblər?

Sual: Peyğəmbərlər həmişə eyni şəriəti, eyni dini təbliğ ediblər?

Cavab: Dini anlayış və tətbiqata aid hər şeyin Miladi 610-cu ildən bu yana, Muhəmməd əleyhissəlama nübüvvət verilməsi ilə başladığına dair qənaət ənənədə mövcuddur. Belə bir anlayış, ümmət içində, Məkkə xalqının keçmişini tamamilə qaranlıq göstərmək cəhdinə və ağla, xəyala gəlməyəcək bir çox pis xarakter və tətbiqatları olan bir cəmiyyəti tanıtmağa yol açmışdır. Keçmişini tamamilə heç ya da kirli sayıb, hər şeyin 610-cu ildən etibarilə başladığına dair məlumat, dini “anlayış” və “tətbiqat” sahəsində neqativ nəticələrə səbəbiyyət vermişdir.

Halbuki, bir çox ayədə Muhəmməd əleyhissəlamın peyğəmbərlərin ilki olmadığını[1] şəriətdə davamlılıq və bütünlük, eyni zamanda müştərəklik olduğuna diqqət edilmişdir:

“Allah, Nuha tövsiyə etdiyini sizin üçün bu dinin şəriəti etmişdir. Sənə vəhy etdiyimiz, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimiz budur: Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” (Şura, 42/13.)

Allahın dininin zamana və məkana görə dəyişməyən, həmişə sabit qalan bir özəyi vardır. Namaz qılmaq, zəkat vermək, oruc tutmaq bu özəyin bir parçasıdır. Bütün bunların varlığı ilk Adəmdən bu yana bilindiyi halda, klasik mənbələrdə şəriətlə əlaqədar hər şeyin Miladi 610–cu  ildə başladığına dair anlayış; Quranın kifayət olmadığı, ayələrdə nəsx olduğu, Quran və sünnə arasında müxalifət, nəsx, təxsis ola biləcəyi qənaətinə sövq etmişdir.

Hər ilahi kitab, özündən əvvəlki ilahi kitabları böyük ölçüdə misli ilə nəsx edərək təxsis etdiyi üçün daha xeyrlisi ilə nəsx olmadığı müddətcə nəbilər özlərindən əvvəlki şəriətə uymaqla vəzifəli idilər. Necəki, peyğəmbərə də bu əmr edilmişdi:

“…Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl…” (Ənam, 6/90.)

Rəsulullaha vəhy edilənlərin əvvəlki kitablarda da olduğuna diqqət çəkilməsi, Rəsulullahın özünün və ona nazil olanların “musaddiq=təsdiq edən”  olduğuna işarət edilməsi son dərəcə əhəmiyyətlidir. Necəki, İsa əleyhissəlamın dediyi rəvayət edilən bu söz də İncildə öz yerini tapmışdır:

“Müqəddəs Qanunu ya da peyğəmbərlərin sözlərini etibarsız etmək üçün gəldiyimi zənn etməyin. Mən etibarsız göstərməyə deyil, tamamlamağa gəldim.” (Matta, 5/17.)

Haqqında yeni bir hökm gəlmədiyi müddətcə, Rəsulullaha, əvvəlki şəriətin hökmlərinə tabe olmasının əmredilməsi, şəriətdəki bütövlüyü ortaya qoymaqdadır. Quran, əvvəlki kitabları böyük ölçüdə təsdiq edərək misliylə; az bir hissəsini də daha xeyrlisi ilə nəsx etmişdir. Vəziyyət belə olduğu təqdirdə Quranın məzmunu, nazil olunduğu zaman və mühitdə yaşayan insanlar üçün tamamilə yeni və bilinməyən şeylərdən ibarət deyildi. Quran, bilinənləri xatırladır (təzkir), gizlənən və ixtilaf edilənləri ortaya çıxarır (təbyin), əvvəlki kitablarda olan hökmlərin böyük bir hissəsini təsdiqləyir (təsdiq), bir hissəsini də insanlar üçün də daha xeyrlisi ilə dəyişdirirdi (nəsx).

Mənbə: Dr. Fatih Orum, Təsdiq, Təbyin və Nəsx, Süleymaniyə Vəqfi Yayınları, İstanbul, 2016, s.14.

[1] Bax: Əhqaf, 46/9.