Sual: “Peyğəmbər zövcələri möminlərin analarıdır” ayəsinin bu günkü qarşılığı nədir? Bu ayə Quranda olmasına baxmayaraq, şiələr peyğəmbər zövcələrinə necə dil uzada bilirlər?
Cavab: Şiənin bu barədəki şaiyələri, Quranın xaricindəki uydurma rəvayətlərdir.[1] Onlar bu rəvayətlərə Qurandan daha çox diqqət yetirirlər. Əslində əhli-sünnə də Qurandan uzaq qalmaq və rəvayətlərə daha çox diqqət yetirmə yönündə şiələrlə müttəfiqdirlər. Təkcə metodları, tarixə və siyasətə baxış tərzləri fərqlidir.
Allah Təala, Muhəmməd əleyhissəlama oğlan övladı verməmişdir. Peyğəmbər əleyhissəlamın vəfatından sonra zövcələrinin də hər hansı bir kişi ilə evlənməsi qadağan edilmişdi.[2] Təəssüf ki, bu cür məhrumiyyətlərlə də peyğəmbər nəslini müqəddəsləşdirmənin qarşısı alınmadı. Peyğəmbərin qız övladları müqəddəsləşdirildi. Onların da hamısı yox, Hüseynin (İran şahı Yezdəcirdin qızı) Şəhrubandan olan övladları müqəddəsləşdirilmişdir. Çünki, o dövrdə yaşayan farslar, İran şahlarında Allahın ruhu olduğuna inanırdılar.
Qısacası: Şiələrin peyğəmbər zövcələrinə, səhabələrə dil uzatmaqlarına səbəb olan hadisələrin başında; əməvilərin zülmü, əhli-beytə olan işkəncə, ictimai-siyasi qarğaşalar və yuxarıda izah etdiyimiz cəhalətləri olduğunu deyə bilərik.
Məzhəblərin görüşləri ilə əlaqədar bu video linki tuşlayın: http://www.muselmanlar.com/elanlar-xeberler/6240.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Bax: Kummî, Tefsir, s. 341. Əhli-sünnənin qəbul etdikləri mənbələrdə belə, Aişə anamıza dil uzadıldığı görülməkdədir: İbni Ömərdən belə nəql edilir: Rəsulullah (s.a.v.)bir gün Aişənin evindən çıxanda belə buyurdu: “Küfrün başı buradan çıxacaq; şeytanın buynuzu buradan zühur edəcəkdir.” Səhihi Müslim, c. 4, s. 2229, h. 2905.
[2] Əhzab, 33/53.