Sual: Bir insanı qəsdən öldürənin tövbə etmək imkanı varmı?
Cavab: Furqan surəsində Allahın xas qullarının xüsusiyyətləri sadalanır və 68-69- cu ayələrdə:
“Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.” “Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar.” – buyurulduqdan sonra 70-ci ayədə: “Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!”
Əlbəttə ki, belə bir cinayəti törədən şəxs, peşman olub, səmimi tövbə edərsə, Allah tərəfindən bağışlanar. Ancaq Allahın övdüyü xas qulları siyahısına daxil olmaqları üçün bu cür böyük günahlardan uzaqlaşmaları lazımdır.
Bir də əlavə olaraq, bir mömini öldürən şəxs daha böyük günah işləmiş sayılır:
“Bir kimsə qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində həmişə qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.” (Nisə 4/93.)
Belə bir şəxs Allah qatına böyük günahla və bir mömin haqqıyla getmiş sayılır. Allah bizi bu cür günahlardan uzaq etsin.
Ətraflı məlumat üçün aşağıdakı linkə müraciət edin:
http://www.muselmanlar.com/tedqiqatlar/3307.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.