Sual: Mən Almaniyada yaşayıram. Fitrə verərkən bunu necə hesablamalıyam? Başqa sözlə, mən nə qədər fitrə verməliyəm?
Cavab: Fitrə məsələsində əsas odur ki, yaxınlığınızda yaşayan miskin və ac-yalavac insanları nəzərə alasınız. Onların bir günlük yeməyini hesablayın və fitrənizi buna əsasən verin.
Yəni, siz öz yaşadığınız yerdə (istər Almaniya olsun, istərsə də başqa bir yer) əlacsız qalmış bir insanın bir gündə nə qədər yemək yeyəcəyini və nə ilə doyacağını hesablayın. Hesablama ilə əldə edilən nəticə minimum miqdardır; siz bundan əlavə və öz imkanlarınız daxilində istədiyiniz qədər fitrə verə bilərsiniz.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.