Müsəlmanlar

Qadınlar corabsız namaz qıla bilərmi?

Sual: Qadınlar corab giymədən namaz qıla bilərlər?

Cavab: Qadının ayaqları övrət sayılmadığı üçün[1] istəyir namazda istəyir bayırda corab geyməsi şərt deyildir. Bunun xaricində bir qadının əli, üzü və ayaqları xaricində bütün vücudu süs/zinət/övrət olaraq qəbul edildiyi üçün yad kişilərə açılmamalı və o cümlədən namazda da bu orqanlar xaricindəki yerlər görülməməlidir. Çünki, namazın daxili şərtlərindən biri “sətri-övrət”dir. Yəni, istər kişi olsun istərsə qadın, namaza durduqları zaman haram yerlərini örtmələri lazımdır.

Mənbə: Yəhya Şenol; Ənəs Alimoğlu, İnsanlıq Tarixi Boyunca O Namaz, Süleymaniye Vəqfi Yayınları, İstanbull, 2016, s. 174.

[1] İmam Əzəm əbu Hənifə qadının ayağına (biləkdən aşağısına) baxılmasının mubah olduğunu demişdir. İmam Təhavi də eyni görüşdədir. Çünki, qadınlar kişilərə qarşı üzlərini və əllərini aça bildikləri kimi yalınayaq və ya ləpiklə gəzəndə də ayaqlarını açmaq məcburiyyətində qala bilərlər. Bax: Səraxsi, əl-Məbsud, c. 10, s, 153. Əlavə olaraq bax: http://www.muselmanlar.com/fitvalar/5558.html