Sual: Tövbə surəsi 60-cı ayədə zəkat veriləcək səkkiz sinifdən biri olaraq sayılan “fi səbilillah” ilə qəsd edilən nədir?
Cavab: “Fi səbilillah” kəliməsi “Allah yolunda” mənasına gəlməkdədir və Quranda qırx beş ayədə; ümumiyyətlə, “Allah yolunda döyüşmək”, “ölmək”, “öldürmək”, “hicrət etmək”, “cihad etmək”, “infak etmək” mənalarında işlədilməkdədir.[1]
Fakihlərin əksəriyyəti, Allah yolunda ifadə edilən “fi səbilillah”ı cihad, cihadı da düşmənlə müharibə etmək olaraq başa düşmüşdür. Əslində cihadın ilk və ən əsas səfhəsi dəvətdir. “İlayi kəlimətullah”[2] vəzifəsinin yerinə yetirilməsində dəvət imkanının mövcud olması halında silahlı müharibəyə ehtiyac qalmayacaqdır. Bu münasibətlə müharibə özlüyündə məqsəd deyil, bir növ təbliğin səlamətini qaranti altına almaq və təbliğə mane olacaq maneələri ortadan qaldırma məqsədi güdən bir vasitə olmaqdadır.
“Allah yolunda” kəliməsinin ilk planda “Allah yolunda döyüşənlər” şəklində başa düşülməsi, ayənin ifadə tərzindən daha çox İslamın yayılma dövründəki ictimai-siyasi şərtlərlə və beynəlxalq əlaqələrlə əlaqədar olmalıdır. İslamın yayılması ilk dövrdən bu yana davamlı olaraq maddi cihad şəklində olmuş və əsrlərlə belə davam edərək “fi səbilillah” kəliməsi “cihad” kəliməsi ilə eyni görülmüşdür.[3]
“Fi səbilillah” kəliməsinin təkcə Mədəni surələrdə keçməsi isə bu fondun təşkilati bir quruluşa ehtiyac duyduğunu göstərməkdədir. İfadənin “Allah yolunda olanlar” deyil “Allah yolunda”- deyə keçməsi fərdlərdən çox, təşkilatları və təşkilatların fəaliyyət sahəsini ağla gətirməkdədir.[4]
Nəticə olaraq qənaətimizcə dövrümüzdə “fi səbilillah” fonu fərdi olaraq deyil, zəkatı toplama və paylama işini yerinə yetirən dövlətlər və təşkilatlar tərəfindən xərclənməlidir. Bu xərclənmə; İslamın yayılması, Allahın adının ucalması, Müsəlman uşaqların və gənclərin dinlərini öyrənməsi kimi məqsədlərdə istifadə edilməlidir. Lazım olarsa, bu məqsədə xidmət edəcəyindən əmin olunan müəssəsələrin tikilməsində də bu fondan istifadə edilməlidir.
Mənbə: Beytullah Aktaş, “Qurana görə zəkatın xərcəmə qələmləri” (Doktora tezi), İstanbul Üniversiteti SBE, Istanbul, 2013, s. 111-112.
[1] Bax: Bəqərə, 2/154; 190, 195, 218, 244, 246, 261, 262; Əli İmran, 3/13, 157, 167, 169; Nisə, 4/74-76, 84, 89,95, 100; Maidə, 5/54; Tövbə, 9/19-20; 34,41, 81; Həcc, 22/58.
[2] Allahın şanını ucaltmaq.
[3] Mürtəza Kösə, “Fi səbilillah” qavramının zəkat yönündən təhlili, AÜİFD, sayı 21, Ərzurum, 2004, s. 110.
[4] Bəşər, “Zəkatın Məsərifi və Sosyal Güvənlik”, s. 182.