Sual: Quranda zəkat veriləcəklər sinifinə daxil olan fağırlar kimlərdir?
Cavab: Fağır kəliməsi Quranda 13 yerdə keçməkdədir. Maddi yöndən başqasına möhtac olması səbəbiylə işlərini idarə edə bilməyən bütün zəiflər üçün işlədilir.[1] Bəqərə surəsinin 273-cü ayəsində belə buyurulur: “(Görəcəyiniz xeyir işlər) Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən fağırlar üçün olsun. (Bu adamlar) həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla (bir şey) istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir.”
Həşr surəsi 8-ci ayədə isə: “(Qənimət həmçinin) yurdlarından qovulmuş və mallarından məhrum olunmuş fağır mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır.”
Nəticədə, Quranın fərqli bir məna yüklədiyi fağır qavramı belə tərif edilə bilər:
Fağır, özünü Allah yoluna adayan –və bu uğurda məcbur qalanda hicrət edən-, dolanışığını təmin etmək üçün imkanı olmadığı halda ehtiyacını bildirməyən, görünüşdə varlı zənnedilən (fağırlığını gizlədən) şəxsdir.
Allah Təala, Quranda zəkatın xərcləmə yerləri içində, fağırları ilk növbədə sayaraq bu sinifə verdiyi əhəmiyyəti göstərmişdir. Bəzi alimlərə görə, “qazanmaq gücü olduğu halda ibadət üçün bir yerə çəkilən şəxsə zəkat verilməz. Ancaq özünü tamamilə faydalı elm təhsilinə adayan şəxsə zəkat verilə bilir.”[2]– demişlər. Bu səbəblə, insanlara kömək məqsədilə qurulan fondlar bu xüsusiyyətə sahib olan insanları nəzərə alıb onlara ilk növbədə köməklik göstərmələri lazımdır.
Mənbə: Beytullah Aktaş, “Kurana görə Zəkatın harcama kalemleri” (Dokora Tezi) İstanbul Üniversiteti SBE, İstanbul, 2013, s. 62-63.
[1] İbn Manzûr, Lisânü’l-Arab, “f-k-r” md., Dâru’l-Meârif, Qahire, t.y., c. V, s. 3444.
[2] İbn Manzûr, Lisânü’l-Arab, “f-k-r” md., c. V, s. 3445; ez-Zebîdî, Tâcu’l-Arûs, “f-k-r” md., Kuveyt, 2001, c. XIII, s. 337.