Müsəlmanlar

Qurban təkcə həcdə olanların yerinə yetirməsi lazım olan bir ibadətdir?

Sual: Qurban təkcə həcdə olanların yerinə yetirməsi lazım olan bir ibadətdir? "Həcdə olmayanların qurban kəsməsi lazım deyil,"- deyənlər var. Bu doğrudur?

Cavab: Həcc qurbanı deyə bir qurban yoxdur. Heç bir məzhəb, sırf həcc edən adamın qurban kəsəcəyini deməmişdir. Məkkədə oturmayan biri, həccdən əvvəl ümrə edərsə, qurban kəsməsi lazımdır. Kəsməyə gücü çatmırsa, Məkkədə üç gün və qayıdan da yeddi gün olmaq üzərə cəmi 10 gün oruc tutmalıdır. Bunun xaricində həcc qurbanı deyə bir şey yoxdur. Əlaqədar ayə belədir:

فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ۚ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ ۗ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ۗ ذَٰلِكَ لِمَنْ لَمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ

“…həccə qədər ümrədən faydalanan kəs, asan başa gələn bir qurban kəsər. (Qurbanlıq) tapmayanlar isə həcc əsnasında üç gün və (vətəninə) qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidul-haramda yaşamayanlara aiddir.” (Bəqərə, 2/196.)

Həcilər, Həcc surəsinin 28-ci ayəsinə əsasən qurban bayramı qurbanlarını orada kəsəcəklər (ya da kəstirəcəklər). Hənəfi məzhəbinin, səfəri olanlara qurbanın vacib olmayacağı yönündəki fətvası, həm ayəyə həm də Allahın elçisinin tətbiqatlarına (bütün hədislərə) tərsdir.

Qurbanla əlaqədar digər yazılarımızı bu linkimizdən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/?s=Qurban

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.