Sual: Mən qoçun xayasını yeməyi xoşlayıram. Ümumiyyətlə, heyvanların xayalarının yeyilməsi dini baxımdan necə qiymətləndirilir?
Cavab: Tabiilərdən Mücahid (v. 104/722), heyvanların cinsiyyət orqanlarının yeyilməsini Peyğəmbərin (s.a.s.) məkruh gördüyünü rəvayət etməkdədir.[1] Mücahidin rəvayət edilməsindən də başa düşülür ki, bu hədis “mürsəl” bir hədisdir və Nəvəvi, Beyhaki, Xəttabi kimi hədis alimləri buna zəif demişdir.[2] Əbu Hənifə başda olmaqla bir çox alimlər də bu rəvayəti nəql etdikdən sonra heyvanların cinsiyyət orqanlarının yeyilməsinin məkruh olduğunu demişlər.
Nəticə etibarilə, hədisin zəif olması və yeyilən şeyin zərərsiz olması şərtilə, o cümlədən fiqhdəki məşhur “Əşyada əsas olan ibahədir (halallıqdır)” qaydasına əsasən xayaların yeyilməsində bir problem olmadığı görülür. Allahın bildirdiyi kimi:
“De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm.” (Ənam, 6/145.)
Mənbə: Yahya Şenol, “Kur’an ve Sünnet Işığında Helal Gıda”, Süleymaniye Vakfı Yayınları, 2. Nş., İstanbul, 2015, s. 294-296.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Abdurrezzak, Musannəf, Thk: Habiburrahman el-Azami, Beyrut, 1403 h., c: 4, s. 535.
[2] İmam Nəvəvî, el-Məcmu, c: 9, s. 49. Beyhaki, əs-Sünənül-Kübra, Zeyl: əl-Cəvhərun-Nakî, Dârul-Marifə, Beyrut, 1992, c: 10, s. 7-8.