Müsəlmanlar
Hər hansı bir şəxs, utandığı üçün imanını və namazını gizlədə bilərmi?

Hər hansı bir şəxs, utandığı üçün imanını və namazını gizlədə bilərmi?

Sual: Yaşadığı çevrədə insanların kənarlaşdırmasından qorxaraq imanını ya da namazını gizlədənin bir günahı varmı?

Cavab: Əgər biz müsəlmanıqsa, Allaha güvənməli və Onun sevgisini qazanmalıyıq. Əsas olan Allahın bizi kənarlaşdırmamasıdır.[1] Bir müsəlman başqalarının rizasını Allahın rizasından üstün tutursa, o həqiqi müsəlman deyildir. Müsəlman Allaha olan imanını və müsəlman olduğunu hər yerdə iftixarla deyəcəkdir və heçbir qınayıcının qınamasından da qorxmayacaqdır.

Təəssüf ki, günümüzdə olduğu kimi keçmişdə də siyasət və təxribat yolu ilə bəziləri məsələn, şiə məzhəbi mənsublarının çoxu belə məsələlərdə öz şəxsiyyətlərini gizlətməyi dinin gərəyi olaraq görmüş və təqiyyə[2] adında yeni bir bəlanın dində vacib olduğunu iddia etmişlər.

Buna bənzər məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/6702.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] “…Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Əli-İmran 3/160.)

[2] Dində, məzhəbini, inancını gizləmək. Bu görüşlərinə; Əli-İmran 28, Mömin 28 və Nəhl 106- cı ayələrini səhv yorumlamaq və ölümlə üz-üzə gələn Ammar b. Yasir hadisəsini dəlil gətirmək surətilə gəlmişlər. Bu haqda irəliki yazımızda geniş izahat gətiriləcəkdir.