Müsəlmanlar

Heçbir bəhanə olmadan namazların birləşdirilməsi caizdirmi?

Sual: Heçbir bəhanə olmadan namazların birləşdirilməsi caizdirmi?

Cavab: Namazların birləşdirilməsi Quranda mövcuddur. Quranda olmayan bir şeyi rəsulullah tətbiq edə bilməz. “Quranda namaz vaxtları” yazımızda da ifadə etdiyimiz üzərə; günorta namazının giriş vaxtı bildirilmiş, lakin çıxışı bildirilməmişdir. İkindinin isə çıxışı bildirilmiş, giriş vaxtı bildirilməmişdir. Axşamla gecə namazlarının arası da həmçinin açıq buraxılmışdır. Rəsulullah da bu sərbəstlikdən bəzi hallarda istifadə etmiş və soruşanlara; “Allah (ibadətlərdə), ümmətimə çətinlik verməmişdir.”[1] demişdir.

Nəticə olaraq, hər nə qədər də heç bir bəhanə olmadan namazları cəm etmək olarsa da Allahın xoşnutluğunu qazanmaq üçün bu namazları öz vaxtlarında qılmaq daha münasibdir: “Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.” (Nisə, 4/103.)

Ətraflı məlumat üçün aşağıdakı linklərə baxa bilərsiniz:

http://www.muselmanlar.com/tedqiqatlar/5930.html

https://www.youtube.com/watch?v=YSW8f7apHdY

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Müslim, “Salatul-musafirîn ve kasriha, el-cem’u bıyn’es-salâteyni fî’l-hadar 54”.