Müsəlmanlar

Namazda huşu necə olmalıdır?

Sual: Mən bəzən özümü Maun surəsindəki namaz qılanlar kimi hiss edirəm. Bəzi halda isə özümü “Namaza təmbəl-təmbəl qalxarlar” ayəsində tənqid edilən münafiqlərə oxşadıram. Quranda “Namaz, huşu sahiblərindən başqasına həqiqətən ağır gəlir.”- deyə buyurulur. Huşu sahibi olmaq nədir? Belə bir ruhu dirçəlişə necə sahib ola bilərəm?

Cavab: Verdiyiniz suala dair surədə belə buyurulur:

“Vay halına namaz qılanların, o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar və yardımlaşmaqdan imtina edirlər.” (Maun, 4-7.)

Huşu sahibi olmaq, “təvazökar” olmaqdır, bir ruhi dirçəliş deyildir. Bu, həddini bilən, Allahı uca tutanlarda olur. İnsan bundan ötrü Allaha boyun əyər. Bu olmasa heç kim namazı davamlı qılmaz. Çünki namaz zövq üçün deyil, Allah əmr etdiyi üçün qılınır. Elə qulluq da budur. Yəni, bir şeyi öz istəyi üçün deyil, Allah istədiyi üçün yerinə yetirməkdir. Qulluğun verdiyi zövq də budur və bunun yerini də heçnə verməz.

Müsəlman namazı başqaları görsün deyə deyil, Allahın əmri yerinə yetsin deyə qılar.

Münafiq, ürəkdən inanmadığı halda inanmış kimi görünən insandır. O, namazı Allah üçün deyil, cəmiyyətdən kənarlaşdırılmaması üçün qılar. Onun namazı müsəlmanın namazı ilə müqayisə edilə bilməz.

Namazda başqa şeylərin ağla gəlməməsi, başa düşərək qılınmasının da ayrı bir zövqü vardır. Ancaq ayələrdə namazı tənqid edilənlərdən qəsd edilənlər bunlar deyildir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.