Sual: Müasir dövrümüzdəki rəsmi boşanmaların İslam hüququndakı hökmü nədir?
Cavab: Əgər qarşılıqlı razılığa gəlib boşanmaq istəyirlərsə, boşana bilərlər. Boşanmağı qadın istəyirsə, buna İslamda “iftida”- deyilir. Kişi boşanmaq istədiyi təqdirdə isə “talaq” şərtlərinə rəayət edərək boşamalıdır. Talaq qaydalarını da biz saytımızda göstərmişik: http://www.muselmanlar.com/fitvalar/2282.html
Təəssüf ki, müasir dövrümüzdəki boşanmalara hakim qərar verir. Hakim ailənin iç işlərinə qarışır və nəticədə ailə içində fitnə-fəsad, düşmənçilik yaradır. Nəticədə, peşmanlığın, geriyə dönüşün qapısını bağlayır. Bu səbəblə ölkəmizin avropadan aldığı ailə hüququ ilə əlaqədar bu əsassız qanunların hamısı dəyişməlidir. Əgər bunu dəyişdirə bilsək, bütün dünyaya ailə hüququ ilə əlaqədar nümunəvi ailə hüququ ortaya qoymuş olarıq.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.