Müsəlmanlar

Qeyri-müsəlmanların kasıblarına zəkat verilə bilər?

Sual: Kasıb olan qeyri-müsəlmanlara zəkat verilə bilər?

Cavab: Zəkatla əlaqədar ayələrin heçbirində müsəlmana verin deyə bir ifadə yoxdur. Dinimiz beynəlxalq bir dindir. Çətin vəziyyətdə olan insanlara köməklik edəcəksiniz ki, onlar sizin xeyir-xah olduğunuzu görsünlər. Bu səbəblə Quranda zəkat verilməsi lazım olanlar sadalandığı zaman, Allah: “…qəlbləri İslama isindiriləcək kimsələrə” də zəkat verin deyə, əmr etməkdədir. Könülləri qazanmanın nə qədər əhəmiyyətli olduğunu rəsulullah da hədislərdə xəbər verməkdədir:

“Kasıblıq və xəstəlik anında insanları ziyarət etmək, onların qəlblərini qazanmanın ən uyğun yollarıdır.”

Buna oxşar sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/4803.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.