Müsəlmanlar
Meyvə ağacları olan biri məhsulunun öşrünü necə verməlidir?

Meyvə ağacları olan biri məhsulunun öşrünü necə verməlidir?

Sual: Baxçasında 30 ədəd müxtəlif meyvə ağacı olan və ticarət məqsədi olmayan biri meyvəsindən öşür verməlidir?

Cavab: Ticarət məqsədi olsun ya da olmasın, Allahın bu barədəki əmri belədir:

“Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü onun haqqını da verin, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.” (Ənam 6/141.)

Əgər bağınız özbaşına sulanırsa (bəzi taxıl sahələri kimi), o zaman 10/1-dən öşr[1] verməlisiniz. Yox əgər bağınızın meyvələrini özünüz sulayırsınızsa, onda 20/1-dən zəkat olaraq vermək lazımdır.

Suala cavab verdi: Abdüləziz Bayındır.[2]

Buna bənzər sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2001.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Öşr, ərəb dilində onda bir deməkdir.

[2]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []