Müsəlmanlar

Zalım dövlətlərin xalqları potansial düşmən deyilmi?

Sual: “Sizinlə savaşanlarla savaşın” hökmünə zalım ölkələrin xalqları da daxil deyilmi? Bu xalqlar, ordularına müsəlmanları öldürmək üçün maddi və mənəvi dəstəyi saxlamırmı?

Cavab: Allah Təala: “Allah yolunda sizinlə savaşanlarla savaşın”- buyurur. Ardınca da  “Həddi aşmayın!”- deyir. (Bəqərə 2/190.)

Döyüşün də öz qaydaları vardır. Allahın qoyduğu bu qaydalara rəayət etdiyiniz zaman, düşmən özü sizin nə qədər haqlı və dürüst olduğunuzu idrak edəcəkdir. Xalqın içində az da olsa günahsız, hətta döyüşə qarşı çıxan insanlar olur. Allahın kitabını və elçilərini nümunə alan müsəlmanlar olaraq, bizə görə, “Bir insanı haqsız yerə öldürmək, bütün insanları öldürmək kimidir.”

Nəticədə: Məqsəd öldürmək, düşməni yox etmək deyil, İslamın qarşısındakı maneələri qaldırmaq yəni, islah olmalıdır.

Ətraflı məlumat almaq istəyənlər saytımızın aşağıdakı yazılı və video dərsli linklərinə baxa bilərlər:

http://www.muselmanlar.com/tedqiqatlar/6156.html

https://www.youtube.com/watch?v=lMUK8z6HDKw

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.