Müsəlmanlar

Cadunun qarşısını almaq üçün cadugərə müraciət etmək lazımdır?

Sual: Cadunu sındırmaq, yaxud qarşısını almaq üçün bir cadugərin yanına getmək lazımdırmı?

Cavab: Sehr insanın üzərində ağır psixoloji təsirlər buraxır. Sehri sındırmaq bu təsirləri aradan qaldırmaq deməkdir. Bundan ötrü hər hansı bir cadugərin yanına gedib ona müraciət etmək lazım deyil. Burada yeganə çarə insanın özünə arxayınlığını əldə etmək məqsədilə gördüyü işlərdən ibarətdir. Məsələn, Qurani-Kərimin mənasını başa düşərək oxumaq bu məsələdə yaxşı nəticələr verir.

Peyğəmbər əleyhissəlam da: “Bir kimsə bir falçıya gedər və dediklərinə inanarsa, mənə nazil olanı (Quranı) inkar etmişdir.” (Buhari, Meğazi, 12)

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.