Sual: Peyğəmbər dövründə səhabədən “Bizə Quran kifayət deyildir!”- deyənlər olubmu? Belə bir sözü işlədənlər kafir olurmu?
Cavab: Bu sözü işlədənlər “Mən İslamla, Allahın nazil etdiyi Quranla razılaşmıram”- demiş olur. Belələri barədə Allah: “Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən qövmlər üçün mərhəmət və ibrət vardır.” – deyir. (Ənkəbut 29/51.)
Bir başqa ayədə, “Onların aralarında Allahın (sənə) nazil etdiyi ilə (Kitabla) hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi (hökmlərin) bəzisindən səni azdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir.” (Maidə 5/49.)
İnsanların bir çoxu, Quranla razılaşmaq istəmədikləri və eyni zamanda həm də müsəlman olaraq qalmaq istədikləri təqdirdə, İslama Qurandan başqa mənbələr daxil edirlər və oradan istədiklərini əldə edirlər.
Ətraflı məlumat almaq üçün aşağıdakı məqaləyə və video dərsə baxa bilərsiniz:
http://www.muselmanlar.com/tedqiqatlar/6507.html
https://www.youtube.com/watch?v=umwjr_cCOGo
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.