Sual: Şeytan kəliməsinin insanlar üçün də işlədildiyini qəbul edirsiniz. Bəs nə üçün cin kəliməsinin insanlar üçün işlədildiyini qəbul etmirsiz?
Cavab: Bu, Qurani-Kərimin özünün ifadəsidir. Yer üzündə hər-hansı bir insanın (Quranda bir varlığa qarşı ifadə edilməyən bir kəlməni həmin varlıq üçün ifadə etmək) belə bir səlahiyyəti varmı? Quranda, “شَيَاطِينَ الْإِنْسِ وَالْجِنِّ = İnsan və cin şeytanları”[1]– deyə ifadə edilir. Qurani-Kərimin ifadəsilə bu da o deməkdir ki, Allahdan uzaqlaşan insan ya da cin eyni zamanda ümumi adla, şeytan olaraq da adlandırıla bilir.
Suala cavab verdi: Abdüləziz Bayındır.[2]
Buna bənzər sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/345.html
http://www.muselmanlar.com/fitvalar/5005.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Ənam 6/112.
[2] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []