Müsəlmanlar

Qiyamət olmadan qabaq İslam dünyaya hakim olacaqmı?

Sual: Qiyamət olmadan qabaq İslam dünyaya hakim olacaqmı?

Cavab: Ayələrə baxanda belə görünür. Dünyaya hakim olmaq, hər kəsin müsəlman olacağı mənasına gəlməz. İslamın üstünlüyü hər tərəfdə üzə çıxacaq, mənasındadır. Fəth surəsinin 28-ci ayəsində, (İslamı) Bütün dinlərdən üstün etsin deyə Öz Elçisini bu rəhbərlə (Quranla) və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir.”

İslamı bütün dinlərdən üstün etmək, onları yox etmək deyil, onlara hakim olmaq deməkdir. Nəticə etibarilə, biz qiyamətin nə zaman qopacağını bilmirik. Bizə düşən vəzifə, Allahın dinini əlimizdən gəldiyi qədər hər kəsə doğru formada çatdırmaqdır. Əgər müsəlmanlar belə edərlərsə, o zaman dünyaya hakim olacaqlar.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6500.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []