Sual: Quranda “İslam dövləti” məfhumu varmı?
Cavab: Quranda “İslam dövləti” deyə bir məfhum yoxdur. Bu kəlimə ilk dəfə Pakistan qurulanda işlədilməyə başlanmışdır. Əvvəllər müsəlmanların idarə etdiyi dövlətlər “Əməvi”, “Abbasi”, “Osmanlı” adları ilə adlandırılırdı. Rəsulullah dövründə isə heç dövlətin adı belə yox idi. Əgər “İslam dövləti”- deyərsəniz, bu dövlətdə etdiyiniz hər hansı bir xətanın vəbalını İslama yamamış olarsınız. Ancaq Əməvi desəniz, Əməviləri; Abbasi desəniz, Abbasiləri tənqid etmiş olarsız.
Bir dövlətə lazım olan bütün prensiplər Qurani-Kərimdə vardır. Rəsulullah və əshabı bu Qurandakı nümunələri həyata keçirmək surətilə ən gözəl nümunə və ən güclü dövlət strukturunu ortaya qoymuşdur. Əməvilər, Abbasilər, Osmanlılar nə qədər Qurandan alıb tətbiq etmişlərsə, o nisbətdə dini, ədalətli və doğru sayıla bilərlər.
Müasir dövrümüzdə də Qurani-Kərimdə olan prinsipləri mövcud dövlətə tətbiq etmək surətilə həmin dövləti ədalətə, doğruya, inkişafa və mədəniyyətə yönləndirə bilərik. Məsələn, hal-hazırda olan demokratik sistemin İslama uyub uymadığını soruşurlar. Əgər səhv yönlərini çıxarsanız, demokratiya İslama uyar. Dində haramlar çox azdır. Bunları ortadan qaldırdığınız zaman məsələ həll olar. Bu səbəblə bir ölkənin İslamlaşdırılması həddən artıq asandır.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Ətraflı məlumat almaq üçün “Din və Dövlət Münasibətləri” kitabımıza baxa bilərsiniz:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]