Müsəlmanlar

Qiyamətə yaxın Dəccal adında bir varlıq çıxacaqmı?

Sual: Qiyamətə yaxın Dəccal adında bir varlıq çıxacaqmı? Belə bir varlığın adı Quranda keçirmi?

Cavab: Dəccal, İsa əleyhissəlama qarşı uydurulmuş bir varlıqdır. Həqiqətdə belə bir varlıq yoxdur. Xristianlar, Muhəmməd əleyhissəlamı qəbul etmədikləri üçün İsa (ə.s.) yenidən gələcəkdir deyirlər və bu fantaziyalarını gücləndirmək üçün də xəyali Dəccal simvolunu yayğınlaşdırıblar. Belə bir iddia heç İncildə də yoxdur. Lakin ənənəyə və təqdim edilən rəvayətlərə baxdığımız zaman, Rəsulullaha nəinki Dəccalın gələcəyini, hətta İsa əleyhissəlamın da yenidən gələcəyini dedirtmişlər.

Müsəlman din xadimləri, Dəccal haqqında uydurma rəvayətləri Nəml surəsi 82-ci ayəyə əsaslandırırlar: “İnsanların haqlarındakı qərar dəqiqləşincə, onlar üçün yerdən (qəbirlərindən) bir dabbə (canlı) çıxardarıq ki, o insanlara, ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.”

Bu ayə, insanlar öldükdən sonra onlara özləri haqqında mələk vasitəsiylə verilən bir xəbərdir. Dabbə,mələk daxil, hərəkət etmə xüsusiyyəti olan bütün canlılara verilən isimdir.[1]

Suala cavab verdi: Abdüləziz Bayındır.[2

Buna bənzər sual-cavaba və video dərslərə aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/5266.html

https://www.youtube.com/watch?v=wjl0BHlbMDM&feature=youtu.be

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Əlaqədar ayələr bunlardır: Şura 29, Nəhl 49, 61, Bəqərə 164, Ənam 38 , Hud 6, 56, Nur 45, Ankebut 60, Loğman 10, Sebe 14, Fatır 45, Casiyə 4.

[2  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []