Sual: Cəbhədə intihar hərəkəti etmək olarmı? Bir işğalçı ölkənin əsgəri ölkəmizə hücum edərsə, düşmənin hərbi qüvvələrinə qarşı intihar hərəkatı tətbiq etmək olarmı?
Cavab: İntihar hərəkatı heç bir surətdə tətbiq edilə bilməz. Qoşunun ortasına dala bilərsiniz. Daldığınız zaman ölməyi gözə alırsınız və hər nə qədər öldürülmək ehtimalınız yüksək olsa da oradan çıxmaq ehtimalınız az da olsa vardır. Bu cür dalıb çıxan insanlar tarixdə az olmamış və günümüzdə də olacaqdır. Bunun tərsi də ola bilir: Döyüşdən qaçan ya da heç iştirak etməyən insan müharibə zamanı ölə bilər.
Nəticə olaraq, bir insan öz-özünə qəsd edə bilməz və dini cəhətdən də caiz deyildir. Peyğəmbər əleyhissəlam dövründə, döyüşdə yaralanan bir adam, yarasının acısına dözə bilməyərək, öz-özünə qəsd edir. Onun bu hərəkəti peyğəmbərə bildirildiyi zaman peyğəmbər əleyhissəlam; “Rəbbiniz ona cənnəti qadağan etdi.”- buyurdu.[1]
Buna bənzər sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/3888.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Bax: Buxari, “ Ənbiya, 50”; Müslim, “İman, 179”.